AZ

Naomi Kempbell beş illiyə xeyriyyə işindən kənarlaşdırılıb

Model Naomi Kempbellin (Naomi Campbell) 5 il ərzində xeyriyyə qəyyumu olması yasaqlanıb. Səbəb onun yaratdığı xeyriyyə qurumunda maliyyə pozuntularının aşkarlanmasıdır. Bu haqda “The Guardian” qəzeti yazır. Böyük Britaniyanın Xeyriyyə Komissiyası aşkar edib ki, Kempbellin “Fashion for Relief” xeyriyyə təşkilatı moda tədbirlərindən yığdığı milyonlarla funt-sterlinqin cüzi hissəsini bu məqsədlə xərcləyib. Xeyriyyə təşkilatının on minlərlə funt-sterlinqi Kempbell üçün dəbdəbəli otel nömrələrinə, uçuşlara, spa müalicələrinə, şəxsi təhlükəsizlik və siqaretə xərclədiyi aşkarlanıb. Məlumata görə, Kempbellin qurumundan daha bir qəyyuma isə yüz minlərlə funt-sterlinq məbləğində qanunsuz konsultasiya ödənişləri olunub. 2016-cı ildən başlayaraq beş il ərzində “Fashion for Relief” müxtəlif dəb şoularından 4.8 milyon funt-sterlinq vəsait yığıb. Bunun yalnız 389 mini tərəfdaş xeyriyyə təşkilatlarına ödənib. Komissiyanın təyin etdiyi aralıq menecerləri xeyriyyə qurumundan 350 min funt-sterlinqə qədər vəsaiti geri alaraq “Save the Children”, “Mayor’s Fund for London” kimi təşkilatlara ödəyə biliblər. Məhz bu təşkilatlar dörd il öncə onlara vəd olunan ödənişləri ala bilməyəndə dövlət orqanlarına şikayət etmişdilər. Kempbellin qəyyum həmkarı Byanka Hellmiç (Bianka Hellmich) isə 9 il müddətinə bu işdən kənarlaşdırılıb. Ona qanunsuz konsultasiya ödənişi kimi 290 min, bir ildə səyahət xərcləri formasında isə 26 min funt-sterlinq ödəniş olunub. Hellmiç 2022-ci ilin fevralında komissiyaya həmin məbləği qaytarmağı təklif edib və 2023-cü ilin aprelində məbləğ bütünlükdə ödənib. “The Guardian” yazır ki, “Fashion for Relief” daha öncə yalnız fandreyzinq xeyriyyə qurumu olduğunu bildirib. 2018-ci ilin mayında Kannda bir tədbirə keçmiş qəyyumun və donorun aparılması üçün uçuş quruma 14 min 800 funt-sterlinqə başa gəlib. Kempbell orada gecəsi 3 min funt-sterlinqə nömrədə qalıb, təhlükəsizlik xərcləri 4 min funt-sterlinqi ötüb. Qəzet Kempbell və Hellmiçə şərh üçün müraciət etdiyini yazır. AzadlıqRadiosu

Seçilən
26
xural.com

1Mənbələr