Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları hadisə yerini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".