AZ

Döyüşdə rütbə alan Elsevər Paşayevin ailəsi məzarı başında: "Qızım soruşur ki, atam gələcək?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəmanlarımızdan biri də şəhid mayor Elsevər Paşayevdir.
Baku TV-nin əməkdaşı şəhidimizin xatirəsini yad etmək üçün onun həyat yoldaşı və övladları ilə birlikdə İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.
Şəhidin həyat yoldaşı Xəyalə Paşayeva Elsevər Paşayevin ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu söyləyib:
"Onun müharibəyə getdiyindən xəbərimiz yox idi. Bizə təlimə getdiyini demişdi. Döyüşə kapitan rütbəsi ilə getmişdi. Göstərdiyi şücaətə görə ona vaxtından əvvəl mayor rütbəsi verdilər".
X.Paşayeva övladlarını atasız böyütməyin çətinliyindən də danışıb:
"Banu birinci sinfə başlayanda mənə ilk sualı bu oldu ki, atam gələcək? Çünki çox balaca idi və heç nə başa düşmürdü".
Daha ətraflı Baku TV-nin süjetində:
Seçilən
29
11
oxu.az

9Mənbələr