2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis faiz gəlirləri 1 milyard 838,4 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici avqustun 1-nə olan dövr ilə müqayisədə 150,9 milyon manat və ya 8,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 221,5 milyon manat və ya 13,7% çoxdur.
2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 687,5 milyon manat olub.
Bu ilin 1 avqust vəziyyətinə bu göstərici 1 milyard 616,9 milyon manat təşkil edib.