Bu gün, 17:06
Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.AvroMedia.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.Bildirilib ki, proqramlarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar:1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):Azərbaycan diliRiyaziyyatXarici dillər2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):Русский языкМатематикаИностранные языкиAzərbaycan dili (dövlət dili)3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):Azərbaycan diliRiyaziyyatXarici dillər4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):Русский языкМатематикаИностранные языкиAzərbaycan dili (dövlət dili)Əvvəlcədən məlumat verildiyi kimi, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili və riyaziyyat fənlərindən ötənilki imtahan modeli tətbiq ediləcək.Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağı siniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrində hazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, hər iki dərslikdə eyni olan mövzular proqramlara daxil edilib.Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.скачать dle 12.1
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta