AZ

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzusunda NCQG üzrə qeyri-formal dialoq tədbirində çıxış edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində nazirlərin İqlim Maliyyəsi mövzusunda NCQG üzrə qeyri-formal dialoqu tədbirində çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşılıb.
Nazir çıxışında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) diqqətin ədalətli və məqsədyönlü nəticələrin əldə olunması üçün iqlim maliyyəsi məsələsinə yönəldilməsinin vacibliyindən danışıb.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərə və aparılan müzakirələrə toxunan nazir bu kimi addımların iqlim maliyyəsi və digər vacib məsələlərin həllinə verdiyi töhfələrdən bəhs edib.
Seçilən
29
50
oxu.az

10Mənbələr