AZ

Çinin 2 milyardlıq dövlət istiqrazına 16,2 milyardlıq təklif gəldi

Çin Parisdə 2 milyard avro dəyərində avro ilə dövlət istiqrazları yerləşdirib.Gundemxeber.az xəbər verir ki, məlumatı Sinxua agentliyi Çin Maliyyə Nazirliyinin bəyanatına istinadən yayıb.Məlumatdan aydın olur ki, 2,517 faiz dərəcəsi ilə üçillik avrobondların buraxılış həcmi 1,25 milyard avro, 2,738 faiz dərəcəsi ilə yeddiillik istiqrazların buraxılış həcmi 750 milyon avro təşkil edib.Çin avrobondlarının emissiyası beynəlxalq investorların diqqətini cəlb edib: müraciətlərin həcmi 16,2 milyard avro təşkil edib ki, bu da elan edilmiş emissiya həcmindən səkkiz dəfə çoxdur.İstiqrazlar Honq Konq Birjasında və Euronext-də alqı-satqıya çıxarılacaq.Gundemxeber.az

Seçilən
13
4
gundemxeber.az

6Mənbələr