Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ilə görüşüb.BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. Nazirlər münaqişədən sonrakı regional reallıqlara, Azərbaycanın yenidənqurma və sülh səyləri qarşısında duran çağırışlara diqqət yetiriblər. Görüşdə mina təhlükəsi, o cümlədən Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi, İrəvanın sürətlə hərbiləşdirilməsi müzakirə edilib.