AZ

Poqbanın gələcəyi ilə bağlı qərar verildi

style='margin-bottom:10px;'>

"Yuventus" dopinqə görə diskvalifikasiya olunmuş yarımmüdafiəçisi Pol Poqbanın gələcəyi ilə bağlı qərarını verib.

QOL.az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb. Turin təmsilçisi 31 yaşlı yarımmüdafiəçisi ilə müqaviləsini ləğv etmək qərarına gəlib.

Çünki klub hesab edir ki, futbolçunun diskvalifikasiyasının ləğv edilməsi ehtimalı azdır. Poqbanın klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən keçib. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib.

Seçilən
11
7
teleqraf.com

10Mənbələr