“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, - məlumatda deyilir.