AZ

» SEVDİYİ QIZ HƏR HƏFTƏ MƏZARINA GƏLİR»: Aldığı üzüyü… — VİDEO

2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Tərlan Quliyev Füzuli, Murov, Kəlbəcər, Hadrut, Xocavənd istiqamətlərindəki döyüşlərdə igidliyi və qorxmazlığı ilə fərqlənib. Oktyabrın 17-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.



İctimaimedia.az xəbər verir ki, şəhidin anası Fəxrəndə Quliyeva oğlunun yarım qalan xəyallarından danışıb:



“İstədiyi qız var idi. Koronavirus pandemiyası zamanı yollar bağlı olduğu üçün elçi gedə bilmədik. Aldığı üzüyü taxmaq qismət olmadı”.



Şəhidin qohumu Tacəddin Quliyevin sözlərinə görə, sevdiyi qız hər həftə Tərlanın məzarını ziyarət edir.

Seçilən
33
1
ictimaimedia.az

3Mənbələr