İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sada al-Balad” telekanalı məlumat yayıb.
“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, - deyə məlumatda bildirilib.
Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.