AZ

Cəlilabadda tragikomik hadisə - Adına başqa 14 avtomobilin cəriməsi gəldi VİDEO

Cəlilabadlı sürücü tragikomik hadisə ilə üzləşib. 

Xezerxeber.az xəbər verir ki, özünə məxsus olmayan 14 avtomobilin cəriməsi gəlib. Sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasını da təsadüfən öyrənib.

Cəlilabadın Təzəkənd kənd sakini Vüqar Nəzərov deyir ki, təsadüfən sürücülük vəsiqəsini yoxlatdıranda öyrənib ki, sürücülük hüququndan məhrum edilib. Cərimələrin çoxluğundan vəsiqəsinə 6 aylıq məhdudiyyət qoyulub.

Vüqar Nəzərovun sözlərinə görə, sonuncu dəfə 10 il əvvəl adında avtomobil olub. 4 ay əvvələ kimi isə Bakıda müxtəlif  avtomobillərdə taksi  sürücüsü işləyib. Son 4 ayda da yük maşını idarə edib. Məhdudiyyətə səbəb olan   avtomobilləri isə  nə idarə edib, nədə ki, görüb

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Vüqar Nəzərov həmin avtomobilləri idarə edən sürücülərlə birlikdə quruma müraciət etməlidir. Müraciətdən sonra məhdudiyyət aradan qaldırıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
242
6
xezerxeber.az

10Mənbələr