AZ

Şuşada X Vüqar Həşimov Memorialı başa çatdı

Sentyabrın 28-də Şuşa şəhərində X Vüqar Həşimovun Şahmat Memorialı öz işinə yekun vurub.

Yubiley turnirində 8 şahmatçı iştirak edib: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı (hamısı Azərbaycan), Nodirbek Abdusattorov (Özbəkistan), Vladislav Artemyev, Yan Nepomnyaşi (hər ikisi FİDE-dən), Riçard Rapport (Macarıstan) və Aravind Çitambaram (Hindistan).

Sentyabrın 26-27-də rapid, dünən isə şahmatçılar 14 partiya blits oynayıblar.

Bütün turların nəticələrinə əsasən, Nepomnyaşi 19 xalla turnirin qalibi olub. Sonrakı yerdə Abdusattorov - 18, Məmmədyarov - 16, Artemyev - 14,5, Süleymanlı - 13,5, Çitambaram - 13, Məmmədov, Rapport - hərəyə 9.

Xatırladaq ki, turnirin daha əvvəl qalibi Maqnus Karlsen (Norveç, 4 dəfə), Şəhriyar Məmmədyarov (2), Fabiano Karuana (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan) və Vidit Santoş (Hindistan) olub.

Almaz Həsənli

Seçilən
9
1
oxumeni.az

10Mənbələr