"2024 RT5" asteroidi ikinci Aya çevrilməyəcək
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" ekspertlərə istinadən məlumat yayıb.
Moskva Planetariumunun elmi direktoru Faina Rubleva bildirib ki, diametri 10-11 metr olan asteroid Yerin cazibə qüvvəsinin təsiri ilə orbitini dəyişəcək, lakin heç vaxt planetimizin peyki olmayacaq. Onun sözlərinə görə, Yer sakinləri asteroidin yaxınlaşmasını müşahidə edə bilməyəcəklər, çünki onun ölçüsü çox kiçikdir.
Tətbiqi Riyaziyyat İnstitutunun əməkdaşı, astronom Leonid Elenin isə qeyd edib ki, Yer asteroidin sürətini azaldıb, lakin bu, onun qravitasiya təsir dairəsindən kənarda baş verib. Asteroid sonda Günəş tərəfindən uzaqlaşdırılıb.