AZ

"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Yunayted" və "Tottenhem" arasında İngiltərə Premyer Liqasının 6-cı turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Mançesterdəki "Old Trafford" stadionunda qarşılaşıblar. Qarşılaşmanı Kris Kavananın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Başlanğıc fiti Bakı vaxtı ilə saat 19:30-da səslənib. Oyun 3:0 hesabı ilə londonluların xeyrinə başa çatıb.
Qonaqların qollarına Brennan Conson, Deyan Kuluşevski və Dominik Solanke imza atıblar. Qeyd edək ki, Brunu Fernandeş 42-ci dəqiqədə meydan sahiblərindən birbaşa qırmızı vərəqə alıb.
Hazırda "Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 12-ci yerdədir. Erik ten Haqın komandası altı görüşdən sonra yeddi xal toplayıb. "Tottenhem" isə 10 xalla səkkizinci yerdədir.
Seçilən
12
8
oxu.az

10Mənbələr