...Ukrayna ABŞ-ın ATACMS raketlərindən istifadə üçün dəfələrlə icazə tələb etsə də, Rusiya ərazisində uzaqmənzilli Qərb raketlərindən istifadəyə rəsmi icazə almayıb.
Prezident Vladimir Zelenskinin ABŞ-a səfərindən əvvəl Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketlərindən fərqli olaraq anbarlarda çoxlu miqdarda olan JASSM raketləri ilə təmin oluna biləcəyinə dair işarələr var idi.
Amma bununla belə, Bayden yeni yardım paketində JSOW sürüşmə raketlərinin təhvil verildiyini açıqladı.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Defence News” xəbər verir.…Konqresin Tədqiqat Xidmətinin keçmiş hərbi analitiki Con Xoen və ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni NATO daxilində Ukraynaya hərəkət etmək üçün daha çox yer verilməsi lehinə əhval-ruhiyyə artdığı üçün Rusiyaya zərbələrin endirilməsinə icazə verilməsinin arqumentlərini açıqlayıblar.
Ekspertlərin fikrincə, Rusiya prezidenti Vladimir Putinin Rusiyaya zərbə endirilməsinin nüvə reaksiyasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq, bu ssenarinin reallaşması mümkün deyil.
…Ukrayna qüvvələri Rusiyanı dəfələrlə təəccübləndirib və şoka salıb - onun Qara dəniz donanmasının üçdə birinin məhv edilməsi və ya zədələnməsindən tutmuş Rusiyanın Kursk vilayətindəki ərazilərin ələ keçirilməsinə qədər…
Onlar, Kremlin bu hərəkətlərə reaksiyasının həmişə zəif olduğuna diqqət çəkirlər.
Yeri gəlmişkən, Ukrayna da öz növbəsində Rusiya ərazisinə hücumlar etmək üçün çox işlər görür. Sentyabrın 18-də Tver vilayətində anbarlara hücum edilib. Rusiya hava hücumundan müdafiə sistemini həddən artıq yükləmək üçün Ukrayna daha sonra 100-dən çox yavaş uçan drondan istifadə edib.
Bununla belə, Ukraynanın uzaq məsafədən zərbələr endirmək üçün daha çox imkanlara ehtiyacı var.
Bunu da analitiklər deyirlər.
…Ötən ilin yazından işğal olunmuş Krımda ATACMS raketləri Rusiya donanmasına, hava hücumundan müdafiə sistemlərinə və infrastrukturuna ciddi ziyan vurub. Onlar tez reaksiya verirlər və dronların vurması çətin olan mobil hədəfləri vura bilirlər. Lakin AMRAAM raketləri Ukrayna “F-16” qırıcılarına KAB-lərini buraxmazdan əvvəl bəzi Rusiya təyyarələrini vurmaq imkanı açacaq.
Con Xoen və Uilyam Kortni deyirlər bunu…
Əli Babayev