"Harri Potter" kitabı 20 manata satılmır, onun qiyməti 12 manatdır".
Musavat.com xəbər verir ki, bunu "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu insanların narazılığı ilə bağlı sualı cavablandırarkən deyib. O əlavə edib ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində kitablara 70, 80, 90 faiz endirim olacaq. "Harri Potter"ə isə 30 faiz endirim ediləcək, yəni qiyməti 7 manat təşkil edəcək".
Qeyd edək ki,"Harri Potter" uşaqların ən çox aldığı kitablardandır. Paytaxtın əksər kitab mağazalarında, eləcə də məktəb ləvazimatları satılan mağazalarda kitabın satış qiyməti 20-24 manat arasında dəyişir. Bir neçə cildinin qiyməti isə 90-100 manatadır.
Afaq Mirayiq,
Musavat.com