AZ

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində güclü potensiala malikdir - "Boston Consulting Group"

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələri (BEM) sahəsində güclüpotensiala malikdir.

Trend xəbərverir ki, bu barədə “Boston Consulting Group” (BCG) şirkətininidarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri Bakı İqlimFəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransdabildirib.

"Azərbaycanın ölçülərini nəzərə alsaq, bərpa olunan enerjimənbələri sahəsində çox güclü potensial mövcuddur", - o qeydedib.

Onun sözlərinə görə, Azərbaycanın "yaşıl" enerji keçidinieffektiv şəkildə həyata keçirmək və biznes çərçivələrini qurmaqüçün siyasəti strateji yanaşma ilə formalaşdırması lazımdır.

"Hesab edirəm ki, ölkə üçün aydın siyasətin olması vacibdir:hansı artıq gəlirli texnologiyaların dəstəklənməsi və gəlirgətirməyən texnologiyaların inkişaf etdirilməsinin planlaşdırılmasıvacibdir. Bu, dəqiq və əsaslı şəkildə yazılmalıdır. Bunu etmədən,bazarda qarışıqlıq və etimadsızlıq yaranacaq", - o vurğulayıb.

O, hələ də mənfəət gətirməyən texnologiyalara dair çərçivələryaradan etibarlı və aydın bir siyasətin önəmli olduğunu, həmçinin,tərəfdaşlıqların yaradılmasının vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Seçilən
40
az.trend.az

1Mənbələr