"Həmçinin, Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən bir sıra dövlət orqanlarının və qurumlarının nizamnamələrində "Dağlıq Qarabaq", "işğal edilmiş ərazilər" və s. ifadələr, adlar hələ də qalmaqdadır. Ərazilərin işğaldan azad olunmasından və Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyasının bərpasından sonra həm Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla bağlı bəyanat və qeyd-şərtlərin (işğal olunmuş ərazilərə münasibətdə) ləğvi və milli qanunvericilik aktlarında, qeyri-normativ hüquqi aktlarda düzəlişlərin edilməsi zərurəti vardır. Onların ləğv edilməsi ilə bağlı qanun layihələrini hazırlayaraq, Milli Məclisə təqdim etməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının de-fakto yurisdiksiyası tam təmin olunduğu və şəraitin əsaslı surətdə dəyişməsini nəzərə alaraq, müvafiq beynəlxalq razılaşmalarla bağlı verilən bəyanat və qeyd-şərtlərə dair qanunlara yenidən baxılması zəruridir",- o deyib.
Deputat onu da qeyd edib ki, Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkiləir qarşısında geosiyasi toqquşma meydanına çevrilib və getdikcə Amerikadan və Avropa Birliyindən artan təzyiqlər ölkəni tam izolyasiyaya məruz qoya bilər: "Lakin ölkə Qərb demokratiya yolu ilə deyil fərqli millli yol seçməyə çalışır. Son təzyiqlərin rəsmən elan edilən bəhanəsi iki qanuna görədir - "Xarici agentlər haqqında" qanuna və ailə dəyərlərini qorumaq üçün 18 qanun layihəsinin birləşdiyi paketi qəbul etməsidir. Prezidentin parlamentdəki çıxışı da ailə , məktəb, cəmiyyətin qorunması, uzun illər bizə xaricdən gündəlik müəyyənləşdirənlərə qarşı mübarizə və ideoloji hədəflərin, Qarabağdan sonrakı milli ideyanın düzgün tapılmasıdır. Ümidvarıq ki, Məclis bu istiqaməti payız sessiyasında əsas hədəfində saxlayacaqdır".