"Football-plus.az" xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun baş məşqçisi Aleksandr Mixaylov deyib.
Rusiyalı mütəxəssis komandasının mətbuat xidmətinə yeni mövsümdəki hədəflərini açıqlayıb:
“Hələ 3 amerikalı oyunçu da sıralarımıza qoşulmalıdı. İndiki məqamda sadə kombinasiyaları və atışları sınaqdan keçiririk. Çempionat start götürənə qədər keçirəcəyimiz hazırlıq oyunlarında nəyə qadir olacağımızı görəcəyik. Hələ ki, əlimizin altında olan basketbolçuların fərdi keyfiyyətindən razıyıq. Hədəflərimizə gəlincə, ilk növbədə döyüşkən kollektiv formalaşdırmaq istəyirik. Ondan sonra pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqası oktyabrın 18-də start götürəcək.