AZ

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunda 2024-25 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, tədbir “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelində baş tutub. Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq. Oktyabrın 12-13-də keçiriləcək I təsnifat mərhələsində II Liqanın 14 klubu mübarizə aparacaq. Misli Premyer Liqasının 5, I Liqanın 10 klubu yarışa II təsnifat mərhələsindən başlayacaq. Ötən mövsümün 5 ən yaxşısı isə 1/8 finalı gözləyəcək. Qeyd edək ki, kubokun sahibi 2025-ci il iyunun 1-də bəlli olacaq. l təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il) 1. “Lerik” – “Ağdaş” 2. “Şəfa” – “Saatlı-Araz” 3. “Göygöl” – “Hypers” 4. “Şimal” – “Qusar” 5. “Sahdağ Qusar” – “Kür-Araz” 6. “Sheki Siti” - “Şəmkir” 7. “Dinamo” – “Füzuli”

Seçilən
15
5
matc.az

5Mənbələr