AZ

 Bu vaxtadək aşkarlanan neft-qaz yatağının sayı

Yazını böyüt
Yazını kiçilt

Bu ilin 01.01.2024-cü il tarixinə Azərbaycan Respublikası ərazisində 81 neft-qaz yatağı aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Bildirilib ki, hazırda 58 yataqdan karbohidrogen hasil edilir, 23 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmamış və yaxud işlənməsi dayandırılıb.

İşlənmədə olan 39 yataq Azərbaycanın quru (o cümlədən 15 yataq “Azneft” İB, 24 yataq MM və ƏŞ-ləri tərəfi ndən istismar olunur), 19 yataq isə dəniz (o cümlədən 13 yataq “Azneft ” İB, 6 yataq MM və ƏŞ-ləri) ərazisində yerləşir.

01.01.2024-cü il tarixinə Respublika üzrə istismarda olmuş yataqlardan il ərzində 30148,16 min ton neft , 48301,32 mln. m3 qaz, işlənmənin əvvəlindən 2214,2 mln. ton neft -kondensat və 1031,9 mlrd. m3 qaz hasil olunub.

O cümlədən, quruda yerləşən yataqlardan il ərzində 1438,83 min ton neft , 209,64 mln. m3 qaz, işlənmənin əvvəlindən 985 mln. ton neft -kondensat, 140 mlrd. m3 qaz, dəniz yataqlarından il ərzində 28709,33 min ton neft, 48091,68 mln. m3 qaz, işlənmənin əvvəlindən 1229,2 mln. ton neft -kondensat, 891,9 mlrd. m3 qaz hasil edilib.

Seçilən
6
1
hafta.az

2Mənbələr