AZ

MS “İnter”in futbolçusunun qiymətini öyrənib

Rodrinin ciddi zədəsindən sonra “Mançester Siti” yeni yarımmüdafiəçi ilə müqavilə bağlamaq üçün qış transfer bazarına girmək məcburiyyətində qala bilər.Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “İnter”in futbolçusu Nikolo Barella “şəhərlilər”in “radar”ındadır.“Mançester Siti” artıq Barellanı transfer etmək üçün klubun ən azı 70 milyon funt-sterlinq (təxminən 84 milyon avro) ödəməli olacağını öyrənib.Barella 2019-cu ilin yayından “İnter”də çıxış edir. O vaxtdan bəri yarımmüdafiəçi 240 oyun keçirib, 23 qol vurub və 52 məhsuldar ötürmə verib.

Seçilən
29
komanda.az

1Mənbələr