AZ

Onlar YAP-ın rayon təşkilatının sədrliyindən çıxarıldı

Vüqar Gəncəli oğlu Rəhimzadə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyev isə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məsələyə YAP İdarə Heyətinin bugünkü iclasında baxılıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar.
Seçilən
105
18
qaynarinfo.az

10Mənbələr