Rusiya Aerokosmik Qüvvələri Suriyada Əl-Tanf zonasını tərk edən yaraqlıların müəyyən edilmiş yeddi bazasına zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Komandanlıq Mərkəzinin rəis müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk məlumat verib.
“Rusiya Aerokosmik Qüvvələri Əl-Tanf zonasını tərk edən yaraqlıların müəyyən edilmiş yeddi bazasına zərbələr endirib”.
İqnasyuk əlavə edib ki, qeyri-qanuni silahlı birləşmələrin təxribat və terror fəaliyyətlərinin qarşısını almaq üçün Suriya silahlı qüvvələrinin komandanlığı Rusiya qoşun qruplaşmasının dəstəyi ilə Homs əyalətlərinin dağlıq səhra ərazilərində kəşfiyyat və axtarış əməliyyatları təşkil edib.