AZ

“Artıq şəraitimiz ona imkan verir ki, 4 kamera ilə çəkiliş edək” - “CBC Sport”PFL ilə anlaşmanı pozub?

Futbol mövsümünün əvvəlində Peşəkar Futbol Liqası yeniliklə hamını sevindirmişdi.

Belə ki, 1-ci liqada da hər həftə bir qarşılaşmanın "CBC Sport”da yayınlanacağı deyilirdi. Amma nədənsə 3-cü turun heç bir oyunu bu şəkildə göstərilmədi.

Görəsən, PFL ilə “CBC Sport” arasındakı anlaşma necədi? Telekanal anlaşmanı pozmayıb ki? PFL-in media və marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a cavabı belə oldu:

“Telekanalın səbətinə uyğun addımlar atırıq. Bu haqda razılaşmada heç də hər həftə bir oyunun verilməsi deyilməyib. Mümkün qədər kanalın şəraitini, imkanlarını başa düşürük. Məsələn, bəzi stadionlarda onlar həqiqətən fədakarlıq edirlər. “Baku Sportinq”in stadionunda yayın üçün imkanlar o qədər də yaxşı deyil. Duruma uyğun olaraq hər cür dəstəyi verirlər. Biz də çalışırıq. Mərkəzi oyunları özümüz 3, bir çox hallarda 4 kamera ilə çəkirik. Artıq şəraitimiz ona imkan verir ki, 4 kamera ilə çəkiliş edək. Hər birinə də şərhçi qoyuruq”.

RÖYANƏ OĞUZ

Seçilən
43
football-plus.az

1Mənbələr