AZ

Neymar bu klubdan AYRILACAQ

Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasından ayrılacaq.

Gundem.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu hazırkı klubu ilə müqaviləsini yeniləməyəcək.

İddiaya görə, “sambaçı” yetirməsi olduğu “Santos” (Braziliya) komandasına qayıtmaq istəyir.

Qeyd edək ki, ötən ilin yayında Fransa təmsilçisi PSJ-dən 99 milyon avroya “Əl-Hilal”a keçən Neymar zədə səbəbindən indiyədək cəmi 5 matçda forma geyinib. O, karyerası ərzində İspaniyanın “Barselona” və Fransanın PSJ klublarında çıxış edib.

Seçilən
37
33
gundem.az

10Mənbələr