Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın qızı tələbə adını qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə aktrisa özünün “Instagram” hesabında paylaşım edib.
"Qızım Sudə Türkiyənin ən prestijli sənət ocağı olan Memar Sinan Dövlət Konservatoriyasının piano bölməsinin liseyini bitirib və Konservatoriyanın birinci kurs tələbəsi olaraq bu gün dərsə başlayıb. Onun bu gün universitetdə ilk günüdür, çox xoşbəxtəm. Sudə, səni sevirəm, qürur duyuram. Dostlarınla birlikdə yolun açıq olsun" - deyə, M. Abbasova video yayımlayıb.
Qeyd edək ki, aktrisa İzzət bəylə evlidir. Cütlüyün birgə nikahdan Sudə adlı qızları və Uğur adlı oğul övladları var.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta