30 ildə Qarabağda dağıdılmayan heykəl kimindir? - VİDEO
Cəbrayılın Sirik kəndində Fatimə Çələbi Alı Çələbi qızına aid heykəl ermənilərin Qarabağda işğal zamanı dağıtmadığı tək-tük abidələrdən biridir. Manset.az Kult.az-a istinadən xəbər verir ki, heykəlin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Peyğəmbər nəslindən olduğu iddia edilən Fatimə Çələbiyə ermənilər də hörmət edib. Heykəlin məhz bu səbəbdən dağıdılmadığı bildirilir.