AZ

Trampa sui-qəsddə ittiham olunan Rayan Rut təqsirsiz olduğunu bəyan etdi

ABŞ Prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan amerikalı Rayan Uesli Rut məhkəmədə ona qarşı irəli sürülən ittihamları rədd edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təxminən beş dəqiqə davam edən bazar ertəsi iclasında Ruta beş bənd üzrə ittihamlar oxunub və o, hər birini rədd edib. O, məhkəmədə təqsirsiz olduğunu bəyan edib və andlılar məhkəməsinin keçirilməsini istəyib.

Ruta qarşı irəli sürülən ittihamlar ömürlük həbs cəzasına qədər cəza nəzərdə tutur.

Seçilən
15
1
publika.az

4Mənbələr