AZ

ABŞ və İsrailin müdafiə nazirləri Livandakı vəziyyəti müzakirə ediblər

ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə Livandakı vəziyyəti və İsrail ordusunun həyata keçirdiyi əməliyyatları müzakirə edib.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Telefon danışığı zamanı Ostin və Qalant təhlükəsizlik məsələsindəki vəziyyəti və İsrail ordusunun əməliyyatlarını müzakirə ediblər. Danışıq zamanı Ostin ABŞ-ın İsrailin İrana, “Hizbullah”a, HƏMAS-a, Husilərə və İranın dəstəklədiyi digər terror təşkilatlarına qarşı özünü müdafiə hüququna verdiyi dəstəyi bir daha təsdiqləyib. Onlar “Hizbullah”ın dirəniş hücum gücünü qırmaq üçün sərhəd boyunca hərbi infrastrukturunun məhv edilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər”, - deyə ABŞ Pentaqonun bəyanatında deyilir.

Seçilən
20
3
apa.az

5Mənbələr