AZ

Alban mafiyasına sərf edən yeni bektaşi dövləti yaranacaqmı?

Dünya Yaxın Şərq münaqişəsinin perspektivləri, Ukraynadakı müharibə, artıq qapını döyən Efiopiya və Somali arasında müharibə ehtimalı ilə maraqlanır və elə bu vaxt Albaniyanın baş naziri Edi Rama özünün yeni dövlət ideyası tapmacasını meydana atıb. Bu xəbərin informasiya məkanında peyda olmasından keçən bir neçə gün ərzində İstanbulda bəzi mütəxəssislərlə, necə deyərlər, "məlumatlı” şəxslərlə, eləcə də bir-iki alban dostla danışmağa müvəffəq oldum. Onların heç biri Ramanın Bektaşi dövlətinin yaradılması təşəbbüsünü izah edə bilmədi.Vatikan mikrodövlətinin və ya hətta Malta ordeninin niyə mövcud olduğunu tarixlə izah etmək olar. Heç bir səbəb olmadan, Bektaşilərin özlərindən belə, heç bir tarixi tələb olmadan Bektaşi Ordeni dövlətinin kimə və nəyə lazım olmasını baş nazir Edi Ramadan və ordenin ruhani lideri, keçmiş zabit dərviş Hacı Baba Mondidən başqa heç kim başa düşə bilmir.Bu personajlar fikirlərini bu sözlərlə şərh edirlər: "Biz dini tolerantlığa əhəmiyyət verməliyik. Bu, elə bir xəzinədir ki, adi hal kimi qəbul edilməməlidir”, - Albaniyanın baş naziri deyir. "Biz dövlətə layiqik. Dünyada İslam haqqında həqiqəti söyləyən və onu siyasətlə qarışdırmayan yeganə bizik”, deyə Baba Mondi fikrini davam etdirir.Razılaşın, bir növ inandırıcı görünmür. Bu arada, "Alban Vatikanı”nın təşəbbüskarları artıq layihənin parametrləri barədə məlumat verirlər: yeni dövlətin ərazisi Tirananın şərq hissəsində bir neçə bloku tutacaq ki, bu da hazırda Bektaşi icmasına aiddir – ərazi baxımından Bektaşi Ordeninin Suveren Dövləti Vatikandan təxminən dörd dəfə kiçik olacaq. Bu ərazidə iclaslar və ayinlər üçün bina, orden muzeyi, arxiv, xəstəxana və inzibati idarələr yerləşir.Yeni dövlətin ordusu, sərhəd xidməti və ya məhkəmələri olmayacaq, "onların da düşmənləri olduğu üçün” kiçik bir kəşfiyyat xidməti olacaq. Təbii ki, "Alban Vatikanının” ömürlük rəhbəri Baba Mondi olacaq, onun gücü əslində mütləq olacaq. Və daha bir şey - Bektaşi Nizamının Suveren Dövləti adlanacaq bir mikrodövlətdə spirt istehlakına icazə veriləcək və qadınlar istədiklərini geyinə biləcəklər.Arayış üçün: Bektaşilik 13-cü əsrdə müasir Türkiyə ərazisində yaranmış nisbətən kiçik bir müsəlman təriqətidir. Əsrlər boyu Bektaşi ocağının üzvləri Osmanlı İmperiyasının nizami piyadaları olan yeniçərilər idi. Onun süqutundan, Atatürkün hakimiyyətə gəlişindən və ölkənin dünyəviləşməsi kursunun başlamasından sonra bektaşilər repressiyalara məruz qaldılar və onların bir çoxu Türkiyəni tərk etməyə məcbur oldular. Sonra Albaniya Bektaşi fəaliyyətinin yeni mərkəzi oldu - 1913-cü ildə müstəqillik əldə etdikdən sonra bu ölkənin hakimiyyət orqanları Bektaşi icmasını rəsmən tanıdı. İkinci Dünya Müharibəsindən sonra hakimiyyətə gələn kommunistlər əvvəlcə bektaşilərə nisbətən müsbət yanaşsalar da, 1960-cı illərin sonunda din əleyhinə repressiyalar bu cərəyanaa tam təsir göstərdi. 1967-ci ildə kommunist Albaniyası ateist dövlət elan edildikdən sonra əmlakı milliləşdirildi və kommunist rejiminin süqutundan sonra qalan torpaqların bir hissəsi özəl inşaatçılar tərəfindən ələ keçirildi.Maraqlıdır ki, ordenin ardıcıllarının sayı 12,5 milyon, yəni Albaniyada olduğundan qat-qat çox olan Türk Bektaşi icması, Albaniyada Bektaşi mikrodövləti ideyasını rədd edərək, "inanc əsaslı dövlət”i heç vaxt xeyir-dua verməyəcəklərini bildiriblər. Onların fikrincə, bektaşilik və "dini dövlət” bir araya sığmayan anlayışlardır. Onlar da maraqlanırlar ki, görəsən bu, eyni ilə türk bektaşilərinin dövləti kimi olacaq, yoxsa sırf albanların dövləti fəaliyyət göstərəcək?Bundan əlavə, Bektaşi dövlətinin suverenliyinin dünyanın hər hansı başqa ölkəsi tərəfindən tanınıb-tanınmyacağı hələ aydın deyil. Ramanın sözlərinə görə, Albaniya hökuməti bu məsələdə hətta ABŞ və digər NATO müttəfiqləri ilə də məsləhətləşmələr aparmayıb. Baba Mondi öz növbəsində bütün hüquqi prosedurlara əməl olunarsa, Qərbin yeni dövləti tanıyacağına ümid etdiyini bildirib.Bir sözlə, Edi Rama və Baba Mondinin bu ideyası ilə tanış olanda istər-istəməz sual yaranır ki, son nəticədə onun həyata keçirilməsindən kim faydalanacaq? Və burada yeganə versiya var: suveren yurisdiksiyası olan bektaaşilik alban mafiyası üçün son dərəcə faydalı olacaq. Rusiyada və Azərbaycanda bunu az adam bilir, amma Avropa üçün bu, əsas problemlərdən biridir. Alban mafiyasının maraqlarının bitdiyi və müxtəlif alban elitalarının maraqlarının başladığı xətt haradadır, heç kim deməyəcək. Bektaşi vasitəsilə boz biznes sxemlərini həyata keçirilməsi, cinayət təqibindən yayınma, xarici sxemlərdə peyda olan mafiozların təqibində Alban ədalətinin məsuliyyət daşımaması - mafiya üçün ən yaxşısı budur və onlar bundan yaxşısını arzu edə bilməzlər.Hələ dənizdəki mülkləri, bankları və şirkətləri demir ki, belə bir vəziyyətdə onlara hər cür şərait yaradıla bilər. Və təbii ki, bektaşi şeyx-müdrikləri inciməzlər. Bir ofşor ölkənin sahibi olduqdan sonra onlar bu həyatdakı toy-bayramdan paylarını alacaqlar.(qaynarinfo)

Seçilən
52
4
patriot.az

5Mənbələr