AZ

Freedom House, Human Rights Watch və digər bu tipli təşkilatları insan haqları bəhanəsi ilə üzərimizə göndərirlər - ÖZƏL

"Freedom House, Human Rights Watch və digər qurumlar Amerika Birləşmiş Ştatları kimi ölkələrin Azərbaycan kimi yeni demokratiyalar üzərində hegemonluğunu təmin etmək məqsədilə fəaliyyət göstərirlər". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Onlar bir qayda olaraq  Amerika Birləşmiş Ştatlarının çaldığına kor-koranə oynamayan dövlətləri cəzalandırmaq məqsədilə fəaliyyətdədirlər, o cümlədən də Azərbaycanı. Bilirsiniz ki, Azərbaycan dövlət olaraq müstəqil siyasət yürüdür. Heç bir xarici qüvvədən asılı deyil və asılı olmaq fikri də yoxdur. Amma ABŞ xoşlayır ki, bu cür balaca dövlətlər onların buyruq qulu olsun. Əlbəttə ki, bunu da biz özümüzə sığışdıra bilmərik, yaraşdırmarıq. Ona görə Freedom House, Human Rights Watch və digər bu tipli təşkilatları insan haqları bəhanəsi ilə üzərimizə göndərirlər. Özəlliklə də COP29 ərəfəsində bu hücumların artacağını proqnozlaşdıra bilərik. Çünki istər-istəməz Azərbaycanda qlobal səviyyəli çox nəhəng tədbirlər keçiriləndə bunlar dərhal hərəkətə gəlirlər. Yadlarına düşür ki, insan haqları deyə bir şey varmış. Baxırsınız ki, Azərbaycan fəal olmayanda bunların da insan haqları yadından çıxır. Amma  Azərbaycan fəallığa başlayan kimi insan haqları bunların yadına düşür. Yəni indiki də eyni məsələdir, bu qəbildən fəaliyyət göstərirlər. Əlbəttə ki, biz bu şeyləri görmüşük, görməyə də davam edəcəyik. O deyir, "çaxçax baş ağrıdır, dəyirman öz işindədir", yəni onlar ordan bəyanatlar da verə bilərlər, çığır-bağır da sala bilərlər, amma Azərbaycan özünün doğru bildiyi və heç bir xarici qüvvədən asılı olmayan siyasətini yürütməyə davam edəcək. Yəni necə deyərlər, deyəcəkləri varsa, deyəcəklərimiz də var. Üstümüzə gələcəklərsə, cavablarını vermişik, verəcəyik. Bizim dövlətimiz özünə hörmət edən dövlətdir, ona görə də heç kim özünü boşuna yormasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr