Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.
Apasport.az xəbər verir ki, o, Super Liqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.
39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. Şenol Güneşin gedişindən sonra təyinat alan Yılmaz 5 matçda komandaya rəhbərlik edib, "ağ-qaralar" bu görüşlərdə 4 məğlubiyyət və 1 qələbə qazanıb.
Orxan Məmmədov yığmanın üzvləri ilə görüşüb
"Ordu" heyətini ukraynalı basketbolçu ilə gücləndirib
"Qəbələ"nin yeni transferi: "Özümü vətənimdəki kimi hiss edirəm"
Gimnastlarımız Sankt-Peterburqda 4 medal qazanıblar
PFL rəsmisi: "Superkubok aktual müzakirə mövzusu deyil"