AZ

Hindistan Rusiyaya hücum dronlarını sata bilər

"Hindistan hərbi məhsullarını, o cümlədən ölkənin ilk pilotsuz bombardmançısı olan "200B"ni Rusiyaya sata bilər".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki,  bunu pilotsuz təyyarə istehsalçısı FWDA (Flying Wedge Defense & Aerospace Technologies) şirkətinin baş direktoru Suhas Tejaskanda deyib.

O, açıqlamasında Hindistanın ilk hücum pilotsuz təyyarəsinin Rusiyaya tədarük imkanını istisna etməyib:

"Rusiya həmişə bizim dostumuz olub. Hər iki ölkə artıq təkcə təyyarə deyil, birlikdə bir neçə  raket növü hazırlayıb. İnanıram ki, Hindistan həmçinin Rusiyaya hərbi məhsullar ixrac edə bilər".

Qeyd edək ki, Hindistana məxsus olan "200B" pilotsuz təyyarənin uzunluğu 3,5 metr, qanadları isə 5 metrdir. Bombardmançı 30 kiloqrama qədər yük daşıya bilir.

Gülşən Şərif
 

Seçilən
22
bakivaxti.az

1Mənbələr