Bakı, 1 oktyabr, AZƏRTAC
Cari ilin birinci yarısında Mərkəzi Bankın yoxlama-nəzarət tədbirləri nəticəsində 135 min 609 manat maliyyə sanksiyası tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin yarım illiyinə həsr olunmuş maliyyə sabitliyi hesabatının təqdimatında deyib.
O əlavə edib ki, hesabat dövründə 37 lisenziya ləğv olunub.
Sığorta sektoruna toxunan AMB rəsmisi ən yüksək zərərlilik olan sığorta növünü açıqlayıb: “Hazırda sığorta sektorunda ən yüksək zərərlilik avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındadır. İlin sonunadək qeyd edilən sığorta üzrə zərərlilik 80 faiz çivarında olacaq”