KXDR-in nüvə silahından istifadə etməsi onun rejiminin sonuna gətirib çıxaracaq."DogruXeber.az" xəbər verir ki, bunu Cənubi Koreya Respublikasının Prezidenti Yun Seok-yeol Sonqnam hava limanında Silahlı Qüvvələr Günü münasibətilə keçirilən mərasimdə deyib.“Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, ordumuz və Koreya Respublikası-ABŞ ittifaqı tərəfindən böyük və qətiyyətli cavab veriləcək. Bu zaman Şimali Koreya rejiminin sonu olacaq”, - deyə prezident bildirib. "Şimali Koreya rejimi nüvə silahlarının onu qoruduğu illüziyasından qurtulmalıdır" deyən Yoon Seok-yeol qeyd edib ki, Vaşinqton Bəyannaməsinin qəbulu ilə Koreya Respublikası-ABŞ ittifaqı “nüvə əsaslı alyansa” çevrilib. Cənubi Koreya lideri həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta