Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Ç.Qənizadə qeyd edib ki, son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb:
“Dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilib, cəmiyyətdə prokurorluğa ictimai etimad artıb və nüfuzu yüksəlib. Prokurorluq olduqca ağır və çətin, eyni zamanda məsuliyyətli, şərəfli və hörmətli peşədir. Prokurorluq orqanlarının əməkdaşları bu uca peşənin adını qoruyub saxlamaqda maraqlıdırlar”.
Ç.Qənizadə bildirib ki, hər bir dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır:
“Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ümumi sabitliyin qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunların icrasına nəzarət edilməsi prokurorluğun ən məsul vəzifələrindən biridir. Prokurorluğun iş fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə yönələn xüsusi bir siyasi kurs görünür. Prokurorluq orqanlarınn rəhbərləri bunu uğurla həyata keçirirlər. Müstəqil Azərbaycanın dövlət quruluşu sistemində prokurorluq orqanları dövlətin müstəqilliyinin qorunmasına layiqincə xidmət edir.
Başda Respublikanın Baş prokuroru Kamran Əliyev olmaqla, ölkənin bütün prokurorluq əməkdaşlarını ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”.
Törə Zeynallı
Demokrat.az
6Mənbələr
-
xalq.azÇingiz Qənizadə prokurorluq işçilərini təbrik etdi ( 11565304)
-
tezadlar.azPROKURORLARIN PEŞƏ BAYRAMINA ÖZƏL TƏBRİK ÇİNGİZ QƏNİZADƏDƏN GƏLDİ ( 11565160)
-
aznews.azÇingiz Qənizadə prokurorluq işçilərini təbrik etdi ( 11561077)
-
azpolitika.infoÇingiz Qənizadə prokurorluq işçilərini təbrik etdi ( 11560387)
-
musavat.comÇingiz Qənizadə prokurorluq işçilərini təbrik etdi ( 11560261)
-
demokrat.azÇingiz Qənizadə prokurorluq işçilərini təbrik etdi ( 11559838)