İsrail ordusunun endirdiyi zərbələr nəticəsində iki həftə ərzində Livanda mindən çox insan həlak olub.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

Bundan əlavə, hazırda Livanda olan BMT qüvvələrinin fövqəladə hallar üzrə fəaliyyət planı hazırladığı bildirilir. Sülhməramlıların sıralarında 48 ölkədən 11 minə yaxın hərbçi və mülki şəxs xidmət edir.