AZ

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub (FOTO)

Bakı. Trend:

Sentyabrın 30-da Azərbaycan Respublikasının Biznes Mühiti vəBeynəlxalq Reytinqlər üzrə Komissiyasının Əqli MülkiyyətAgentliyinin rəhbərlik etdiyi “Əqli mülkiyyət məsələləri üzrə”Xüsusi işçi qrupunun iclası keçirilmişdir.

Trend xəbər verir ki, iclasda Əqli Mülkiyyət Agentliyinin İdarəHeyətinin sədri, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçiqrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024”Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusundageniş məruzəsi dinlənilmiş və təqdimatı olmuşdur. Məruzədə vətəqdimatda Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrəmüqayisəli şəkildə konseptual metodoloji məsələlər geniş təhliledilmiş və növbəti ildə Azərbaycana dair göstəricilərin daha dayaxşılaşdırılması məqsədilə tövsiyələr verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadisiyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatlarınmonitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorununmüdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış etmişdir. Bildirmişdirki, “Qlobal İnnovasiya İndeksi” Hesabatlarıında ölkəmiz üzrəgöstəricilərin dolğunluğunun təmin olunmasında məlumatlarınsistemləşdirilməsinin metodologiyasına xüsusi diqqətyetirilməlidir. O, bununla əlaqədar digər müvafiq işçi qruplarınında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığınıngücləndirilməsinin zəruriliyini qeyd edərək, bu işdə AzərbaycanƏqli Mülkiyyət Agentliyinin dəstəyindən yararlanmağın faydalıolacağını vurğulamışdır.

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənayeİnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktorununvəzifəsini icra edən, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçiqrupunun üzvü Fariz Cəfərov çıxış edərək “Qlobal İnnovasiyaİndeksi” hesabatına daxil edilən məlumatların toplanması vəsistemləşdirilməsi sahəsində koordinasiya məsələləri barədədanışdı.

Sonda İşçi qrupun üzvlərini və iclasa dəvət olunan digəraidiyyəti işçi qruplarının nümayəndələrini maraqlandıran suallarcavablandırılmışdır.

“Qlobal
“Qlobal
“Qlobal
“Qlobal
“Qlobal
“Qlobal
Seçilən
7
4
az.trend.az

4Mənbələr