AZ

Lufthansa İsrail və Livana uçuşların ləğvini uzadıb

Almaniyanın Lufthansa aviaşirkəti İsrail və Livana uçuşların təxirə salınma müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, Lufthansa tərəfindən verilən açıqlamada, Yaxın Şərqdəki əməliyyatlarda mövcud təhlükəsizlik təhlilinə əsaslanaraq yeniləmənin edildiyi ifadə edilib.

Açıqlamada Təl-Əvivə uçuşların oktyabrın 31-ə qədər, Livanın paytaxtı Beyrutla əlaqənin isə noyabrın 30-a qədər dayandırıldığı, ləğvlərdən təsirlənən sərnişinlərə isə pulsuz rezervasiya dəyişdirmə və ya pulsuz seçim təklif edildiyi bildirilib.

Şirkət Tehrana uçuşları oktyabrın 26-dək dayandırıb.   
 
Qeyd edək ki, Lufthansa Qrupuna "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər də daxildir.
 
Əli Hüseynov

 

Seçilən
50
bakivaxti.az

1Mənbələr