Azərbaycanda yanvar-avqust ayları üzrə həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 417 milyon 506 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61 milyon 767 min manat və ya 17% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında bu göstərici 355 milyon 739 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 329 milyon 6 min manat təşkil edib ki, bu da illik müqayisədə 135 milyon 598 min manat və ya 70% çoxdur.
Ötən ilin eyni dövründə 193 milyon 408 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 79% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 25% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 54% təşkil edib.