AZ

Azərbaycan elektrik sektorunun transformasiyasına qoşulan ilk ölkələrdəndir - Britaniya səfiri

Bakı. Trend:

Azərbaycan elektrik sektorunun transformasiyasına qoşulan ilkölkələrdəndir.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığınınAzərbaycandakı səfiri Ferqus Auld Bakıda İqlim FəaliyyətiHəftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanıdeyib.

Səfir qeyd edib ki, kənd təsərrüfatı fəaliyyət hesabatı 17dövlətin iştirakı ilə yaradılıb.

“Bu hesabatın məqsədi fermerlər üçün yaxşı şəraitinyaradılmasıdır. Bizə yaxşı məhsuldarlıq lazımdır ki, insanlarınyaşayışını təmin edək. Əvvəlki hesabatda müəlliflər məsələyəhərtərəfli baxıblar. Lakin belə qəliz məsələni həll etmək üçünayrı-ayrı tapşırıqları qarşıya qoymalıyıq. Bunun üçün bizə yüksəksəviyyəli siyasi iradə lazımdır”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Seçilən
36
4
az.trend.az

6Mənbələr