AZ

Nizaməddin Babanlı vəzifəsindən azad olundu - FOTO

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb.

Ölkə.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, o artıq bir neçə gündür bu vəzifəni icra etmir.

Əldə etdiyimiz məlumata görə, o işində verdiyi nöqsanlara görə çıxarılıb.

N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional təhsil idarəsindən News24.az-a təsdiqləyiblər. Amma səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nizaməddin Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru Mustafa Babanlı və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının  qardaşıdır.

Nizaməddin Babanlı vəzifəsindən azad olundu - ÖZƏL

Seçilən
68
10
olke.az

10Mənbələr