AZ

“Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən müzakirədə bəyannamə imzalanıb - FOTO

“Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən dəyirmi masada müzakirələrdən sonra “İnsanlar, Təbiət və İqlim naminə Ərzaq Sistemlərinin Transformasiyası: fəaliyyətə birgə çağırış bəyannaməsi imzalanıb.

APA xəbər verir ki, bəyannaməni imzalayan tərəflər 2030 konsepsiyasına nail olmaq məqsədilə qlobal ərzaq sistemini İqlim Dəyişmələri üzrə Paris Sazişi, Kunminq-Monreal Qlobal Biomüxtəliflik çərçivəsi, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik, Şarm Əl Şeyx Uyğunlaşdırma Gündəliyi və İrəliləyiş Gündəliyi ilə uyğunlaşdırmaq üçün çalışacaqlar.

Bəyannamədə qeyd edilib ki, ərzağın təxminən 30%-i itkiyə gedir və ya israf olunur. 900 milyondan çox insan ərzaq çatışmazlığı ilə üz-üzədir və onların çoxu kənd təsərrüfatı sahəsində işləyir. 3 milyarddan çox insan sağlam qidalana bilmir. Bu gün ərzaq sistemləri ilə əlaqədar yaranan gizli sosial, iqtisadi və ətraf mühit xərcləri illik 10 trilyondan ABŞ dollarından çoxdur.

“Bakıda “Bakıda “Bakıda “Bakıda
Seçilən
16
3
apa.az

4Mənbələr