AZ

"Qarabağ” müasir, baxımlı futbol oynayır, çox texniki komandadır! - “Malmö”nün prezidenti - EKSKLÜZİV

Bakı. Trend:

“Qarabağ” oktyabrın 3-də Avropa Liqasının 2-ci turu çərçivəsində“Malmö” ilə qarşılaşacaq.

Trend xəbərverir ki, İsveç klubunun prezidenti Anders Palsson Bakıya səfərərəfəsində İdman.biz üçün oyunla bağlı eksklüziv açıqlamaverib:

“Bu axşam komanda ilə birlikdə Bakıya gələcəyəm. Mən və bir çoxoyunçumuz üçün Azərbaycana ilk səfərimiz olacaq. “Qarabağ”ın“Tottenhem”lə oyununu izləmişəm. Onların bəxti gətirmədi. “Qarabağ”müasir, baxımlı futbol oynayır. Çox texnikalı komandadır.“Qarabağ”ın Avropa təcrübəsi də böyükdür. Xüsusilə Bakıda uğurqazanmağı yaxşı bilirlər. Bizim üçün çətin qarşılaşma olacaq. Ümidedirəm ki, yaxşı oyun göstərə biləcəyik".

“Malmö” 1978/79-cu illər Avropa Çempionlar kubokunun finalçısıolub, yaxın gələcəkdə belə uğuru təkrarlamaq mümkündürmü?” sualınaisə Anders Palsson belə cavab verib:

“1979 bizim üçün əla il olub! Çox yaxşı komandamız vardı. Həminuğuru təkrar etmək çətindir. Amma biz həmişə qələbə qazanmaqistəyirik. Yenə ÇL finalı? İmkansız deyil. Amma 1979-cu ildən bərifutbol çox dəyişib!"

Seçilən
16
1
az.trend.az

2Mənbələr