AZ

"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi

"Bu 25 il ərzində azərbaycanlılar çox yaxşı diplomatlar yetişdiriblər, onların çox aydın strategiyası var və onu həyata keçirirlər. Ona görə də etiraf etmək lazımdır ki, bu gün Azərbaycan 30 il əvvəlki kimi deyil..."
 
“Biz  ruhi olaraq qurban vəziyyətindəyik, belə bir vəziyyət insana azadlıq vermir. Bəli, biz çətin vəziyyətdəyik, amma birləşmək, hər birimizin iştirak etməli olduğu proqram tərtib etmək lazımdır”
 
Moderator.az xəbər verir ki, bunu News.am-ın “Güc faktoru” proqramının buraxılışında Qərbi Avropanın patriarxal nümayəndəsi, bütün ermənilərin Katolikosunun Vatikandakı nümayəndəsi, arxiyepiskop Xajak Parsamyan deyib.
 
Ermənistanın gələcəyi və perspektivlərindən danışaraq erməni keşiş deyib: “Siz güclü olanda biz sizin səsinizi eşidirik, güclü olmayanda isə sadəcə yazıq olursunuz. Ona görə də, fikrimcə, gücləndirmə strategiyası yaratmalıyıq. Bu 25 il ərzində azərbaycanlılar çox yaxşı diplomatlar yetişdiriblər, onların çox aydın strategiyası var və onu həyata keçirirlər. Ona görə də etiraf etmək lazımdır ki, bu gün Azərbaycan 30 il əvvəlki kimi deyil. Bizi gücləndirmək üçün isə birlik formasını tapmalıyıq”.
 
Bununla belə erməni katolikosunun nümayəndəsi qondarma "soyqırım "mövzusuna da toxunub, amma Türkiyə ilə sərhədlərin açılmasını da vurğulayıb: “Təbii ki, biz soyqırımı unuda bilmərik və ruhi olaraq qurban durumundan çıxmaq vacibdir. Ermənistan üçün azad bazarın olması çox vacibdir, çünki yalnız bir yerdən asılı olmaq yaxşı deyil. Azad bazarlar iqtisadiyyatı güclü edir və ölkənin iqtisadiyyatı güclü olanda digər problemlərin həlli üçün daha çox imkanlar yaranır. Hesab edirəm ki, Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir, lakin bu, qanun və qaydalarla qlobal problemlər yaratmayacaq şəkildə edilməlidir. Məqsədimiz Ermənistanı gücləndirməkdirsə, açıq düşünməliyik”.
Seçilən
76
3
moderator.az

4Mənbələr