Aşıq Əhlimanın səhhətində heç bir iləlləyiş yoxdur. Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Aşıq hazırda müalicə olunduğunu vurğulayıb:"Müalicə olunuram, özümü yaxşı hiss edirəm. Həkimə gedirəm, müayinədən keçirəm. Dərmanlarla yaşayıram"."Toylara, el şənliklərinə dəvət alırsınız" sualına aşığın cavabı belə olub:"Ancaq qonaq gedirik. Dəvət edirlər, biz də yoldaşımla gedirik".Qeyd edək ki, Aşıq Əhliman bir neçə il bundan əvvəl insult keçirib. Ondan sonra aşığın koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta