DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində yeni təyinatlar olub.
Referans.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev əmr imzalayıb.
Məlumata görə, Məmmədova Mətanət Nəbi qızı və Allahverdiyev Elbrus İsa oğlu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunublar. vakansiya
Qeyd edək ki, Mətanət Məmmədova təyinatına qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əlillik siyasəti şöbəsində sektor müdiri vəzifəsində, Elbrus Allahverdiyev isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Dövlət Əhəmiyyətli Tədbirlərin Təşkili şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta